İQTİSADİYYAT


Beynəlxalq KİV-də Azərbaycanda vahid post-ticarət sisteminin yaradılması istiqamətində aparılan islahatlar barəsində məlumat yayılmışdır

Bakı, 3 oktyabr (AZƏRTAC). Azərbaycan qiymətli kağızlar bazarında post-ticarət infrastrukturunun Milli Depozit Mərkəzində (MDM) mərkəzləşdirilməsi barəsində “Global Custodian” jurnalında və “Thomas Murray” müstəqil reytinq agentliyinin internet səhifəsində məlumat yerləşdirilmişdir.

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirmişlər ki, “Global Custodian” jurnalında MDM-in hesablaşma və klirinq funksiyalarının icrasına başlaması istiqamətində post-ticarət infrastrukturu üzrə xidmətlərin tam mərkəzləşdirilməsi və mütəşəkkil bazar iştirakçıları üçün biznes proseslərinin optimallaşdırılması, həmçinin qiymətli kağızlarla əməliyyatlar üzrə adekvat sistemin fəaliyyətinə şərait yaradılması barəsində ətraflı məlumat verilmişdir. Eyni zamanda, “Thomas Murray” müstəqil reytinq agentliyinin internet səhifəsində bütün post-ticarət funksiyalarının MDM-də cəmləşməsi, bununla da qiymətli kağızlar bazarının iştirakçıları üçün az riskli və yüksək likvidli əməliyyatların həyata keçirilməsi üçün daha səmərəli və əlverişli strukturun formalaşması barəsində xəbər yer almışdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.