Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Beynəlxalq Kazak Akademiyası” Beynəlxalq İctimai Təşkilatının prezidenti, ordu generalı Mixail Yamnenkodan
Azərbaycan Respublikasında Ukrayna və Xarici Ölkə Kazakları Birləşmiş Radasının konsulu, Azərbaycan Kazaklar Birliyinin atamanı, kazak general-leytenantı Sergey Samuylovdan
Azərbaycan Respublikasında Ukrayna və Xarici Ölkə Kazakları Birləşmiş Radasının iqtisadi məsələlər üzrə müşaviri, “Beynəlxalq Kazak Akademiyası” vitse-prezidentinin müşaviri, general-leytenant Fikrət Vəliyevdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırırıq. Ümidvarıq ki, yeni prezidentliyiniz dövründə Azərbaycanla Ukrayna arasında ümumi fundamental dəyərlərə və prinsiplərə, habelə qlobal siyasi və iqtisadi maraqlarımıza əsaslanan dostluq münasibətləri daha da dərinləşəcəkdir.

Regionda sabitlik və firavanlıq kimi ümumi məqsədlərə nail olunması, həmçinin Ukrayna və Xarici Ölkə Kazakları Birləşmiş Radasının dəstəyi və yardımı ilə kazakların dirçəlişi yolunda fəaliyyətinizdə uğurlar diləyirik.

Hörmətlə,

Mixail Yamnenko

“Beynəlxalq Kazak Akademiyası” Beynəlxalq İctimai

Təşkilatının prezidenti, ordu generalı

Sergey Samuylov

Azərbaycan Respublikasında Ukrayna və Xarici Ölkə Kazakları Birləşmiş Radasının konsulu, Azərbaycan Kazaklar Birliyinin atamanı, kazak general-leytenantı

Fikrət Vəliyev

Azərbaycan Respublikasında Ukrayna və Xarici Ölkə Kazakları Birləşmiş Radasının iqtisadi məsələlər üzrə müşaviri, “Beynəlxalq Kazak Akademiyası” vitse-prezidentinin müşaviri, general-leytenant

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin