Beynəlxalq Kimya Olimpiadasına hazırlıq dərsləri keçirilir
AzerTAg.az
Bakı, 25 yanvar, AZƏRTAC
Şagirdlərin beynəlxalq olimpiadalarda göstəricilərinin daha da yüksəldilməsi üçün müvafiq fənlər üzrə müxtəlif ölkələrdən mütəxəssislər dəvət olunurlar.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, 54-cü Beynəlxalq Kimya Olimpiadasına hazırlıqla bağlı kimya fənnindən intensiv dərslər təşkil edilib. Dərslər Rusiya Beynəlxalq Kimya Olimpiadası komandasının məşqçiləri, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əməkdaşları, Qeyri-üzvi kimya kafedrasının müəllimi Aleksey Lunev, Fiziki-kimya kafedrasının müəllimi Daniil Xoxlov, həmçinin KAİST Universitetinin (Cənubi Koreya) tələbəsi Ramil Babazadə tərəfindən keçirilir.
Qeyd edək ki, 14 şagirdin iştirakı ilə keçirilən dərslər institutun Təhsil texnologiyaları mərkəzində təşkil olunur.

Xəbərin mətnində orfoqrafik səhv var