ELM VƏ TƏHSİL


Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi dörd şagird təmsil edəcək

Beynəlxalq Kimya Olimpiadasında ölkəmizi dörd şagird təmsil edəcək

Bakı, 17 mart, AZƏRTAC

Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzində Beynəlxalq Kimya Olimpiadasına seçmə imtahanı təşkil olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seçmə imtahanı nəticəsində olimpiadada ölkəmizi təmsil edəcək milli komanda üzvləri müəyyənləşdirilib. Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Dəniz Səttarlı və X sinif şagirdi Nihad Hacızadə, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Selcan Şəfizadə, Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Həmid Xəlilov olmaqla, ümumilikdə dörd şagird olimpiadada ölkəmizi təmsil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.