ELM VƏ TƏHSİL


Beynəlxalq Könüllülər Forumunda Azərbaycan da təmsil olunur

Bakı, 4 dekabr, AZƏRTAC

Rusiyanın paytaxtı Moskvada “Könüllülər ili” elan olunması ilə əlaqədar Beynəlxalq Könüllülər Forumu keçirilir. Foruma 100-dən çox ölkədən 15 minə yaxın könüllü qoşulub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, forum iştirakçıları “Good deeds” proqramı çərçivəsində müxtəlif sahələrdə könüllülük fəaliyyəti göstərmək, Rusiyanın xeyriyyə fondları, təşkilat və şirkətlərinin könüllülük mərkəzləri ilə tanış olmaq imkanı əldə ediblər. Eyni zamanda, iştirakçılar könüllülük sahəsində aparıcı mütəxəssislərin iştirak etdiyi müzakirə və seminarlara qatılıblar.

Forumda Azərbaycanı təmsil edən gənclər arasında Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının nümayəndəsi Ağa Səlimov da var. A.Səlimov ötən il keçirilən Azərbaycan tələbə-könüllülərinin üçüncü forumunda “Ən fəal könüllü koordinatoru” seçilib, 100-ə yaxın tədbirdə könüllü kimi fəaliyyət göstərib.

Forum dekabrın 5-dək davam edəcək.

“Bir” Tələbə-Könüllü Proqramı milli könüllü platforması kimi 19 mindən çox vahid tələbə-könüllü bazasına malikdir. Tələbələrin şəxsi inkişafı və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi üçün 6 istiqamətdə fəaliyyət göstərən proqram tərəfindən indiyədək 300-dən çox yerli və beynəlxalq tədbirə könüllü və təşkilati dəstək verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.