DÜNYA
Beynəlxalq Kosmik Stansiyadan ayrılan yapon kosmik yük gəmisi Yerə istiqamət götürüb
Tokio, 8 noyabr, AZƏRTAC
Yaponiyanın “Konochori” kosmik yük gəmisi Beynəlxalq Kosmik Stansiyaya (BKS) məxsus kapsulla birlikdə yerə doğru hərəkətə başlayıb.
AZƏRTAC xəbər verir ki, proteinin sıfır qravitasiya şəraitində kristallaşması ilə məşğul olan ABŞ və Avropa astronavtları həmin materialı ehtiyatla kapsula yerləşdiriblər. Kapsul “Konochori” yük gəmisinin yuxarı hissəsinə bərkidilib.
Kapsul özü “Konochori”dən ayrılaraq, bazar günü Yerin atmosferinə daxil olacaq. Onun Oqasavara adaları yaxınlığında Sakit okeana düşməsi və yaxınlıqdakı gəmilər tərəfindən götürülməsi nəzərdə tutulub.
“Konochori” yük gəmisi isə layihədə nəzərdə tutulduğu kimi, atmosferdə yanaraq məhv olacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]