ELM VƏ TƏHSİL
Beynəlxalq Kosmik Stansiyaya virtual tur
Bakı, 25 iyul, AZƏRTAC
Google Street View xidməti tarixdə ilk dəfə kosmik stansiyanın daxildən necə göründüyünü müəyyənləşdirib.
İndi internet şəbəkəsindən uzaqlaşmadan Beynəlxalq Kosmik Stansiyada (BKS) olmaq və özünü əsl astronavt kimi hiss etmək mümkündür. Belə ki, Google Street View xidməti Beynəlxalq Kosmik Stansiyaya virtual tur etmək imkanını təqdim edib.
AZƏRTAC “popmech.ru” saytına istinadla xəbər ki, Avropa Kosmik Agentliyinin astronavtı Tomas Peske Beynəlxalq Kosmik Stansiyada olduğu yarım il müddətində Google üçün stansiyanın interyerinin fotolarını çəkib.
Adətən, Google-un mütəxəssisləri Google Street View üçün panorama çəkmək məqsədilə çoxkameralı çəkilişi həyata keçirən avadanlıqdan istifadə edirdilər. Lakin bu üsul kosmosa göndərilmə üçün çox ağır və baha başa gəlirdi. Bu səbəbdən Google NASA mütəxəssisləri ilə birgə başqa çəkiliş üsulu haqqında fikirləşib. Onların köməyinə stansiyada yerləşən adi güzgü kamerası və digər avadanlıq çatıb. Bundan sonra Tomas Peske çoxlu sayda şəkillər çəkib Google-a təqdim edib. Şirkət mütəxəssisləri isə bu şəkilləri bir-birinə “calayaraq” BKS üzrə virtual tur yaradıblar.