İQTİSADİYYAT


Beynəlxalq Limanlar Assosiasiyasının Bakıda keçiriləcək konfransı müzakirə olunub

Bakı, 9 fevral, Elvin Camalov, AZƏRTAC

Beynəlxalq Limanlar Assosiasiyasının icraçı direktoru Patrik Verxoven Beynəlxalq Dəniz Təşkilatının baş katibi Kitak Lim ilə görüşərək cari ilin may ayının 8-11-də Bakı şəhərində keçiriləcək Beynəlxalq Limanlar Konfransına (World Ports Conference) hazırlıq prosesi barədə məlumat verib.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Mərkəzi Avrasiya məkanına ilk dəfə Bakı Limanının ev sahibliyi edəcəyi konfrans “Gələcəyin Limanları: Qovşaqların Qurulması, Rabitənin Sürətlənməsi” başlığı altında keçiriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.