MƏDƏNİYYƏT


“Beynəlxalq Mahmud Kaşqari” mükafatı növbəti dəfə təqdim olunacaq

Bakı, 20 sentyabr, Zərəngiz Mansurova, AZƏRTAC

Sentyabrın 22-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda növbəti dəfə Mahmud Kaşqari adına Beynəlxalq Fondun Mükafat Komissiyası tərəfindən təsis edilən “Beynəlxalq Mahmud Kaşqari” mükafatının təqdimatı keçiriləcək.

Fondun Azərbaycan üzrə sədri, “Ulu çinar” jurnalının baş redaktoru Elxan Zal AZƏRTAC-a bildirib ki, türk dünyasına xidmətə görə 2007-ci ildə təsis edilən bu mükafat indiyədək çox tanınmış simalara verilib. Bu dəfə də ən layiqlilər mükafatlandırılacaq.

Bildirib ki, mükafat komissiyasında Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Tatarıstandan olan elm və mədəniyyət adamları yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.