MƏDƏNİYYƏT


Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinin qaliblərinin adları açıqlanıb

Bakı, 3 oktyabr, AZƏRTAC

Avrasiya Yazarlar Birliyinin V Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinin Azərbaycan üzrə mərhələsi yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, sözügedən müsabiqəyə 19 müəllifin 22 hekayəsi təqdim olunub. Hekayələr altı münsif tərəfindən 10 ballıq sistemlə qiymətləndirilib.

Nəticələrə əsasən, Reyhan Yusifqızının “Qumlu şəhərin hekayəti”, hekayəsi 50 balla birinci, Vüsal Nurunun “İlda” hekayəsi 45 balla ikinci, Aslan Quliyevin “Döyüşçü” hekayəsi 44 balla üçüncü yeri qazanıb.

Qaliblərin mükafatlandırılması ilə bağlı əlavə məlumat veriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.