İQTİSADİYYAT


Beynəlxalq Maliyyə İnstitutu: Qlobal neft istehsalı sutkada 800 min barrel geriləyib

Bakı, 26 sentyabr, Nihad Budaqov, AZƏRTAC

Apreldən bu vaxtadək qlobal neft hasilatı sutkalıq 800 min barrel azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə mərkəzi qərargahı Vaşinqtonda yerləşən Beynəlxalq Maliyyə İnstitutu (IIF) məlumat yayıb.

Bildirilir ki, aprel ayından indiyədək qlobal neft hasilatı gündəlik 800 min barrel geriləyib. Bundan əlavə, İranın neft istehsalı azalmağa başlayıb və gələn il ölkənin iqtisadi artımı 3-4 faiz azalacaq.

Ekspertlərin fikrincə, İrana dair qeyri-qənaətbəxş proqnozlar neft bazarında tədarük çatışmazlığı ilə bağlı narahatlığı artırıb və bu, qiymətdə yuxarı istiqamətli hərəkəti dəstəkləyir.

Qeyd edək ki, ABŞ noyabrın 5-dən etibarən İranın milli neft-qaz şirkətlərinə beynəlxalq məhdudiyyətlər qoyacaq, neft və qaz satışına sanksiyalar tətbiq edəcək.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.