İQTİSADİYYAT


Beynəlxalq Maliyyə Korporasiyası ilə özəl sektorun iqtisadiyyatda rolunun artırılması müzakirə olunub

Bakı, 22 iyun, AZƏRTAC

İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Maliyyə Korporasiyasının (IFC - International Finance Corporation) Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru xanım Vibke Şlömer ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov məlumat yayıb.

“Beynəlxalq Maliyyə Korporasiyasının Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru xanım Vibke Şlömer ilə əməkdaşlığın inkişafı perspektivlərini, özəl sektorun iqtisadiyyatda rolunun artırılması və dövlət-özəl tərəfdaşlığının təşviqi istiqamətində investisiya-məsləhət xidmətlərinin genişləndirilməsi məsələlərini müzakirə etdik”, - deyə nazir qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.