CƏMİYYƏT


Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi Sarov kəndinin icması üçün təlim keçirib

Bakı, 22 oktyabr, AZƏRTAC 

Oktyabrın 22-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyinin təmsilçiləri Goranboy rayonundakı Sarov sakinlərindən seçilmiş su istifadəçiləri komitəsinin doqquz üzvü üçün təlim keçiblər. Təlim iştirakçıların fəal iştirakını təmin etmək üçün interaktiv şəkildə keçirilib.

BMqT-nin Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, təlimin gedişi zamanı komitə üzvləri ilə gələcək əməkdaşlıq haqqında saziş imzalanıb.

Qeyd edək ki, Sarov kəndində su istifadəçiləri komitəsi BMqT tərəfindən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi çərçivəsində icma üzvlərinin potensialını artırmaq və su qaynaqlarını idarə etmək üçün yaradılıb.

Dörd illik layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəyə təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.