CƏMİYYƏT


Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi qədim kəhrizlərdə bərpa işlərini sürətləndirib

Bakı, 30 aprel, AZƏRTAC

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi Ağdam rayonunun Əhmədağalı kəndindəki Qozlu kəhrizində üfüqi və şaquli qazma qurğularından istifadə edərək bərpa işlərini davam etdirir.

BMqT-nin Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, yeni texnologiyaların tətbiqi bərpa işlərini sürətləndirib. Bununla yanaşı, nümayəndəlik Əhmədağalı və Kolqışlaq kəndlərinin, eləcə də Bənövşələr qəsəbəsinin sakinlərinin də istifadə edəcəyi Çinarlı və Heyvalı kəhrizlərində təmir işləri aparır.

Qeyd edək ki, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə icra olunan “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi məcburi köçkünlərin də sıx məskunlaşdığı Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarının ərazisində qırxa yaxın kəhrizin bərpası vasitəsilə bu ərazidə yaşayan səkkiz mindən çox ailəni təhlükəsiz və davamlı su ilə təmin etmək məqsədi daşıyır. Layihə kəhrizlərin bərpası ilə yanaşı, yerli icmaların dayanıqlığının artırılması, icmalarda məşğulluğun inkişafı və tədrisi də özündə cəmləşdirən komponentlərdən ibarətdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.