CƏMİYYƏT


Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri Goranboyda kəhrizlərin bərpasının monitorinqini aparıblar

Bakı, 19 noyabr, AZƏRTAC 

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi

(BMqT) hazırda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinin icrasını həyata keçirir.

Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, bu günlərdə BMqT-nin və KOICA-nın nümayəndələri kəhrizlərin bərpasının monitorinqini aparmaq üçün layihənin həyata keçirildiyi Goranboy rayonuna səfər edərək rayondakı kəhrizlərdə görülən işlərlə tanış olublar. Onlar, həmçinin layihənin benefisiarı olan sakinlərlə də görüşüblər.

Qeyd edək ki, dörd illik layihə səkkiz rayonda ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox sakinə təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.