ELM VƏ TƏHSİL


Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş müsabiqəyə başlanılıb

Bakı, 20 sentyabr, AZƏRTAC

Beynəlxalq Müəllimlər Günü münasibətilə "Müəllimlərə arzularım" mövzusunda müsabiqəyə start verilib.

“Müəllimlərə olan arzularını yaradıcılığınla ifadə et!” devizi ilə keçirilən müsabiqə ilk təcrübə kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 165 nömrəli tam orta məktəbin şagirdləri arasında təşkil olunub.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqənin keçirilməsinin əsas məqsədi 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününün müəllim və məktəblilər arasında mənəvi bağlılığa xidmət etdiyini önə çəkmək, müəllim-şagird münasibətlərinin ifadə formalarını təkmilləşdirmək, məktəblilərin müəllimlərə olan arzularının foto, rəsm, inşa, esse, açıqca, məktub və digər müvafiq formalarda çatdırılmasını təmin etməkdir.

Şagirdlər işlərini sentyabrın 30-dək məktəbdə yaradılan komissiyaya təqdim etməlidirlər.

Müsabiqənin nəticələri oktyabrın 5-də açıqlanacaq və qaliblər mükafatlandırılacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.