MƏDƏNİYYƏT


Beynəlxalq Muğam Mərkəzi Xocalı soyqırımına həsr olunmuş kompozisiya təqdim edib

Bakı, 27 fevral, AZƏRTAC

Fevralın 26-da Beynəlxalq Muğam Mərkəzi (BMM) sosial hesabları üzərindən canlı olaraq Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan bədii-musiqili kompozisiya təqdim edib.

AZƏRTAC xəbər verir ki, Xocalı faciəsinə həsr olunan təqdimatda ilk dəfə olaraq sözləri və musiqisi BMM-nin solisti, tarzən Rəşad İbrahimova məxsus olan “Xocalı kompozisiyası” səsləndirilib.

Canlı yayımda BMM-nin solistləri xanəndələr Elgiz Əliyev, Ayşən Mehdiyeva, Könül Məmmədlinin ifasında lirik –fəlsəfi məzmunlu muğamlarımız səsləndirilib. İfaçıları tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov, balabanda Rəfael Əsgərov müşayiət ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.