MƏDƏNİYYƏT


Beynəlxalq Muğam Mərkəzi ilə Yaponiyanın Azərbaycandakı səfirliyi arasında mədəni əməkdaşlıq memorandumu imzalanıb

Bakı, 25 may, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzi (BMM) ilə Yaponiyanın Azərbaycandakı səfirliyi arasında mədəni əməkdaşlıq memorandumu imzalanıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimindən əvvəl BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov səfirə rəhbərlik etdiyi qurumun konsert, beynəlxalq, nəzəri və elmi-tədqiqat fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, hazırda mərkəzdə həftədə iki dəfə olmaqla Heydər Əliyev Fondu və Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə VIII Muğam Televiziya Müsabiqəsi keçirilir.

Yaponiyanın ölkəmizdəki səfiri Vada Cüniçi öz növbəsində memorandumu yüksək dəyərləndirərək birgə mədəniyyət layihələrinin, konsertlərin keçirilməsinin ölkələrin mədəniyyətini təbliği baxımından vacibliyini qeyd edib.

İmzalama mərasimindən sonra qonaqlara BMM-nin solistlərinin ifasında konsert proqramı təqdim olunub.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzinin fəaliyyəti çərçivəsində imzalanan saziş Azərbaycan milli musiqisinin həm ölkəmizdə, həm də xaricdə daha yaxından tanıdılması işində yeni maraqlı perspektivlər açır.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.