MƏDƏNİYYƏT


Beynəlxalq Muğam Mərkəzi onlayn mühazirələr təqdim edir

Bakı, 4 aprel, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzi (BMM) muğam korifeylərimizin yaradıcılığından bəhs edən onlayn mühazirələr təqdim edir.

AZƏRTAC xəbər verir ki, mütəmadi olaraq müxtəlif konsert, elmi-nəzəri və tədqiqat xarakterli layihələrlə tamaşaçıların görüşünə gələn BMM onlayn şəkildə öz “Facebook” və “Instagram” səhifəsindən izləyicilərə mədəni xidmət göstərməkdə davam edir.

BMM-nin foyesində büstləri qoyulan muğam korifeylərimiz haqqında məruzələri növbəli şəkildə layihə koordinatoru Gülhüseyn Kazımlı təqdim edir.

Beynəlxalq Muğam Mərkəzinin muzey hissəsindən qədim musiqi alətləri ekspozisiyasından bol məlumatlar da yaxın günlərdə izləyicilərə təqdim olunacaq.

Qeyd edək ki, layihənin məqsədi insanları incəsənətə, muğam irsimizə bir addım daha yaxın etmək və milli musiqi alətlərimiz, muğam korifeylərimizi böyük auditoriyaya tanıtmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.