MƏDƏNİYYƏT


Beynəlxalq Muğam Mərkəzi tədqiqat xarakterli layihələri davam etdirir

Bakı, 21 aprel, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzi (BMM) sistemli şəkildə apardığı nəzəri və elmi-tədqiqat fəaliyyəti çərçivəsində muğam, aşıq və milli klassik musiqisinin öyrənilməsi, təbliği istiqamətində işini davam etdirir. Bu layihələr pandemiya səbəbindən geniş kütləvi şəkildə həyata keçirilməsə də BMM elimi-tədqiqat işlərinə ara vermir.

AZƏRTAC xəbər verir ki, mərkəzin genişmiqyaslı dəyirmi masa layihəsi çərçivəsində layihənin koordinatoru, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı və daimi iştirakçısı Milli Konservatoriyanın milli musiqi alətlərinin təkmilləşdirilməsi laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov Milli Tarix Muzeyini ziyarət ediblər.

Onlar muzeydə qorunan 10-a yaxın tar nümunələri ilə tanış olublar. Məmmədəli Məmmədov muzeydə olan tarların ölçülərini götürüb və müasir tarlarla müqayisəsini aparacağını diqqətə çatdırıb.

Qeyd edək ki, BMM-nin tədqiqat işləri “Unudulmayanlar” və dəyirmi masa layihələri çərçivəsində həyata keçirilir. Layihələrin rəhbəri və ideya müəllifi Xalq artisti Murad Hüseynovdur. Bu tədbirlər arasında Azərbaycan çalğı alətlərin şahı hesab olunan tar musiqi alətimizə həsr olunmuş 2018-ci ildə reallaşan “Azərbaycan tarı, dünən, bu gün və sabah” adlı konfransı və konfransdan sonra “Azərbaycan tarının, tar ailəsinin ölçü sistemləri və əmsallarının təyin edilməsi məsələləri” mövzusunda elmi-praktik tədbiri qeyd etmək olar. Elmi-praktik tədbirdə tar ustalarına tar musiqi alətinin istehsalı zamanı müəyyən olunmuş ölçülər və parametrlər haqqında məlumat verilib, xüsusi kitabçalar paylanılıb. BMM-nin elmi və tədqiqat xarakterli növbəti layihələri ilə bağlı əlavə məlumatlar ictimaiyyətə təqdim olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.