MƏDƏNİYYƏT


Beynəlxalq Muğam Mərkəzində “Bayatı Şiraz” muğamı təqdim olunub

Bakı, 22 iyun, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Muğam axşamları” layihəsinin iyun konsertində “Bayatı Şiraz” muğamı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, proqramda BMM-nin solistləri Rəvanə Qurbanova, Səbinə Ərəbli və Günay İmamverdiyeva çıxış ediblər. Xanəndələri tarzən Rövşən Qurbanov, qanun ifaçısı Əməkdar artist Təranə Əliyeva, kamançada Ceyhun Muradov, nağarada Amil Mustafayev, udda Vasif Yusifli və ikinci tarda Ruslan Muradov müşayiət ediblər.

2017-ci ildən həyata keçirilən layihənin işıqlandırılmasında “Baku” jurnalının rolu böyük əhəmiyyət kəsb edib. "Muğam axşamları"nın konsertləri “Mədəniyyət” televiziyası vasitəsilə lentə alınır, İctimai Radio ilə dinləyicilərə təqdim olunur.

Layihəsinin ideya müəllifi BMM-nin direktoru, Xalq artisti Murad Hüseynovdur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.