MƏDƏNİYYƏT


Beynəlxalq Muğam Mərkəzində “Nəqşi cahan sədası” adlı konsert keçirilib

Bakı, 12 noyabr, AZƏRTAC

Noyabrın 11-də Beynəlxalq Muğam Mərkəzində Naxçıvan Muxtar Respublikasının musiqiçilərinin “Nəqşi cahan sədası” adlı konserti keçirilib.

AZƏRTAC xəbər verir ki, gecədə muxtar respublikanın Əməkdar Artisti Ehtiram Hüseynov, Əməkdar artistlər Tural Nəcəfov, Zülfüqar Mahmudov, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının solisti Təyyar Mədətli, Həsən Babayev, Ələkbər Sadıqov, Əli Mehrəliyev, IV Televiziya Muğam Müsabiqəsinin qalibi Sərxan Bünyadzadə, Ataxan Quliyev, Naxçıvan Dövlət Filarmoniyasının solisti Nərmin Hüseynova və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Rəna Mehrəliyeva çıxış ediblər.

Konsertdə xanəndələr “Qarabağ şikəstəsi”ni, “Şahnaz” muğamını, “Sarı gəlin”, “Gül açdı”, “Şuşanın dağları” xalq mahnılarını, R.Mirişlinin “İlk sevgi”, S.Rüstəmovun “Alagöz” mahnılarını səsləndiriblər.

İfaçıları Əbülfəz Məmmədovun rəhbərliyi ilə “Nəqşi cahan” muğam qrupu, konsertmeystr Ağabəy Qurbanov (tar), Nurlan Nuriyev (kamança), Fərid Babayev (bəm kamança), Rauf Bayramzadə (ud), Nihad Quliyev (balaban), Ziya Fətullayev (piano), Günel Fərəcova (qanun), Murad Əliyev (bəm tar) və Nəcəf Hacılı (nağara) müşayiət ediblər.

Qeyd edək ki, noyabrın 14-də Beynəlxalq Muğam Mərkəzində Beynəlxalq Muğam Mərkəzinin və “Mədəniyyət” kanalının birgə layihəsi çərçivəsində tarzən Həmin Vəkilovun yaradıcılıq gecəsi də keçiriləcək. Biletləri paytaxtdakı kassalardan, “ASAN xidmət” mərkəzlərindən və “itikcet.az” saytından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.