MƏDƏNİYYƏT


Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi davam edir

Bakı, 5 dekabr, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən növbəti tədbir görkəmli tarzən və bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun yaradıcılığına həsr olunub.

AZƏRTAC xəbər verir ki, tədbir “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib.

Konsertdə bəstəkarın “Salam verdim bir gözələ”, “Güllü”, “Yaşa könül”, “Aldatmayaq bir-birimizi”, “Gözünə qurban” “Yenə o bağ olaydı”, “Getmə dayan”, “Qurban olduğum” və digər mahnıları Xalq artistləri Teyyub Aslanov, Gülyanaq və Gülyaz Məmmədovalar, Əməkdar artistlər Bəyimxanım Nəbiyeva, Zakir Əliyev, Azərbaycan Televiziyası və Radiosunun solistləri Zabitə Alıyeva, Sərxan Bünyadzadə və Kamilə Nəbiyevanın ifasında səslənib.

İfaçıları Xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.