MƏDƏNİYYƏT
Beynəlxalq Muğam Mərkəzində gənc istedadların konserti
Bakı, 20 aprel, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbinin konserti keçirilib. Konsertdə XI sinif şagirdləri Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.
Muğam mərkəzindən AZƏRTAC-a bildirilib ki, tamaşaçılar qarşısında Qəmərtac Maqsudova, Aydan Yeşildağ, Ruslan Daşdəmirov, Xəyalə Cavadvənd, Kamilla Ağayeva, Gülgün Əbilova, Ruhulla Dadaşov, İsa Məmmədzadə, Ceyran İsayeva, Aytən Rüstəmli, Nicat Bağırov, Yekaterina İsayeva, Elxan Xələfov, Aydın Zeydullayev, Kənan Sadıqov, Rəşid Behbudov, Ləman Əsədova, Səid Bağırov, Nərmin Abdullayeva, Əli Hüseynov və Bəhram Məmmədli çıxış ediblər.
Onların ifasında Edvard Qriqin “Alleqro”, Nikkolo Paqanininin “Kapris № 20”, İ.S.Baxın “Alleqro”, Ferens Listin “Lauranın ruhu kimi”, Frederik Şopenin “Etüd №12”, Henri Eklsin “Alleqro”, Corc Gerşvinin “Sevgilim”, Aleksandr Skryabinin “Etüd”, Frederik Şopenin “Etüd”, Frits Kreyslerin “Çin tamburini”, Bella Kouçun “Macar xalq rəqsi və variasiyaları”, Nazim Əliverdibəyovun “Vals-skertso”, Əziz Əzizovun “İki prelüd”, Adil Gərayın “Səfikürd”, Sərdar Fərəcovun “Unutma”, İlham Abdullayevin “Payız”, Tofiq Bakıxanovun “Xəzər balladası”, Nərmin Abdullayevanın 3 prelüdü və Süleyman Ələsgərovun “Şalaxo” əsərləri səsləndirilib.