MƏDƏNİYYƏT


Beynəlxalq Muğam Mərkəzində konsert - “Yunus Əmrə aşıqları”

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun “Qorqud” folklor ansamblının təşkilatçılığı, Bakıdakı Yunus Əmrə İnstitutu və Dünya Musiqisinin İncisi Muğam Ansamblının dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində “Yunus Əmrə aşıqları” adlı konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov və Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç görkəmli mütəfəkkir Yunus Əmrənin həyat və yaradıcılığından söz açıblar.

Sonra Yunus Əmrənin həyat və yaradıcılığına həsr edilmiş qısametrajlı film nümayiş olunub.

Konsert çərçivəsində Yunus Əmrənin şeirlərinə bəstələnmiş mahnılar ifa edilib, ibrətamiz sözlər və şeirlər səsləndirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.