MƏDƏNİYYƏT


Beynəlxalq Muğam Mərkəzində uşaqlar üçün musiqili proqram təqdim edilib

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 17-də Beynəlxalq Muğam Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanası və C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin təşkilatçılığı ilə Beynəlxalq Təmənnasız Xeyirxahlıq İfadəsi Günü münasibətilə “Yer üzünün günəşidir – xeyirxahlıq!” adlı tədbir keçirilib.

Tədbirdən öncə AZƏRTAC-a müsahibə verən Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova bildirib ki, Azərbaycanda xeyirxahlıq ideyaların yaranması və inkişafı öz kökləri ilə qədim tarixə bağlıdır. “Xeyirxahlıq yaxşılıq hissi olaraq xalqımızın ayrılmaz və özünəməxsus xüsusiyyətidir. Azərbaycan xalqı əsrlərboyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşadıb. Məhz tədbirin keçirilməsində əsas məqsəd də yüksək insani keyfiyyətlərdən olan xeyirxahlığın gələcək nəsillərə təlqin etməklə cəmiyyətdə uşaqların humanist ruhda böyüməsinə təkan verməkdir”,- deyə Şəhla Qəmbərova söyləyib.

Tədbirə Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin vitse-prezidenti Hacı Quliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb və təşkilatçılara təşəkkürlərini bildiriblər.

“Renessans” xorunun ifasında dövləti himninin səslənməsilə başlayan tədbirdə uşaqlar üçün maraqlı konsert proqramı təqdim olunub. Belə ki, T.Quliyevin “Bakı haqqında mahnı”, V.Adıgözəlovun “Bayram süitası”, C.Velazqezin “Besame mucho”, M.Babayevin “Sən gələndə” və digər mahnılar səsləndirilib.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbinin şagirdi Səməd Novruzovun ifa etdiyi “Sənə də qalmaz” (T.Quliyev) mahnısı xüsusi coşqu ilə qarşılanıb.

Sonda M.Maqomayevin “Odlar yurdu” mahnısı səsləndirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.