Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Beynəlxalq Multikulturalizm qış məktəbi maraqlı tədbirlərlə davam edir

Bakı, 10 fevral, AZƏRTAC

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə reallaşan “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş-2016” adlı Beynəlxalq Multikulturalizm qış məktəbi fevralın 10-da AMEA Milli Azərbaycan Tarixi Muzeyində işini davam etdirib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, muzeyin direktoru, akademik Nailə Vəlixanlı qış məktəbinin iştirakçıları ilə görüşüb. Akademik dünyanın müxtəlif ölkələrinin aparıcı universitetlərindən gələn tələbələrin muzeydə qonaq olduqlarından sevindiyini bildirərək deyib: “Mən çox şadam ki, dünyanın bir çox ölkələrinin gəncləri Beynəlxalq Multikulturalizm qış məktəbi vasitəsilə indiyə qədər nəzəri olaraq öyrəndikləri Azərbaycan multikulturalizmi ilə əyani tanış olmaq imkanı əldə ediblər. Biz siz gənclərə çox güvənirik, gələcək gənclərindir. Azərbaycanda qonaq olduğunuz müddətdə ölkəmizi sevəcəyinizə inanıram. Əminəm ki, bu qarşılıqlı sevgi bizi bir-birimizə daha da yaxınlaşdıracaq, əbədi dostluqlara körpü atacaq”.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin böyük məsləhətçisi, tarix elmləri doktoru Həcər Verdiyeva və AMEA Şərqşünaslıq İnstitutunun şöbə müdiri Fərda Əsədov tələbələrə “Qafqaz Albaniyası Azərbaycan multikulturalizminin tarixi köklərindən biri kimi” mövzusunda mühazirə oxuyub. Mühazirədə vurğulanıb ki, Azərbaycan ərazisində hələ çox qədim zamanlardan normal multikultural mühit, tolerantlıq ənənələri, çoxdinlilik mövcud olub: “Qafqaz Albaniyasında xristianlıq I-II əsrlərdə, apostol Faddeyin şagirdi Yeliseyin moizələri ilə yayılmağa başlayıb və Kişdə Qafqazın ilk xristian kilsəsi məhz Yelisey tərəfindən salınıb. Bu həqiqətləri erməni-qriqorian kilsəsinin katolikosu Avraam VII əsrin əvvəllərində yazdığı məktubunda göstərib ki, Alban kilsəsi erməni kilsəsindən daha qədimdir. Bu məktub Moisey Kalankatlının “Albaniya tarixi” abidəsində, X əsr erməni mənbəyi – Uxtanesin əsərində verilib. Bu həqiqəti 704-cü il Bərdə (Partav) məclisi də təsdiq edib. Apostollar tərəfindən əsası qoyulan Alban Apostol kilsəsi Qafqazın ən qədim kilsəsi olub, apostol qanunları ilə fəaliyyət göstərib, V əsrdən etibarən xristian dünyasında gedən kilsə mübahisələri onu diofizit və monofizit mənsəblərinə öz mövqeyini bildirməyə çağırıb. Bu mübahisələrə bölgədə cərəyan edən sosial-siyasi proseslər də öz təsirini göstərib və Ərəb xilafətinin yürüşləri dövründə, 687-ci ildə Alban Apostol kilsəsi monofizitliyi qəbul edib. Lakin VII əsrin sonlarında katolikos Yeliazarı əvəz edən Nerses Bakur 701-ci ildən etibarən Alban Apostol kilsəsini diofizitliyə yönəldib və hadisələrdən xəbər tutan erməni-qriqorian kilsəsinin katolikosu İlya Alban Apostol kilsəsinə zərbə endirmək məqsədilə məsələni Ərəb xilafətinə çatdıraraq xəlifə Əbdül-əl-Malik 704-cü ildə verdiyi fərmanla Alban Apostol kilsəsinin avtokefallığını dayandırıb. Nerses Bakurun kitabxanası yandırılıb, dini kitabələri Tərtər çayına atılıb, alban əlifbası qrabarla əvəz olunub. Bu dövrdən etibarən Albaniya tarixi ilə bağlı yazılı abidələr qrabarda yazıldığından sonralar erməni saxtalaşdırıcıları Çamçyan məktəbini əsas götürərək Kürün sağsahil ərazilərinə əsassız iddialarla çıxış etməyə başlayırlar. Öz tarixinin ağır dövrünü yaşayan Alban Apostol kilsəsi mübarizəsini davam etdirir. IX əsrin əvvəllərindən etibarən Alban Apostol kilsəsi yay iqamətgahı – Berdakura köçərək, erməni-qriqorian kilsəsinə tabe olmaq istəmir, IX əsrin sonlarında katolikos Samuel vəzifəsini erməni-qriqorian kilsəsinin katolikosu Gevorqla razılaşdırmadan kilsəni idarə edir. Mübarizəni davam etdirən Alban Apostol kilsəsi XII əsrin ortalarına qədər “mağara” dövrünü yaşayaraq, XII əsrdə Arsax-Xaçin knyazlığının yüksəlişi ilə yenidən avtokefallığını bərpa edir, XIII əsrin 30-cu illərində inşası başa çatan Qanzasar monastrın iqamətgahına çevrilir və Qriqori Hamam nəslindən olan Həsən Cəlal xətti 1836-cı il Fərmanına qədər kilsəni idarə edir. Alban Apostol kilsəsinin keçdiyi təkamül yolu Azərbaycan multikulturalizminin köklərində dayanaraq, onun çoxlaylı təbəqələrindən birini təşkil edib”.

Günün ikinci yarısında tələbələr Qafqaz Müsəlmanları İdarəsində qurumun sədri şeyxülislam Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə görüşüblər. Allahşükür Paşazadə çıxışında bildirib ki, Azərbaycanda müstəqillik dövründə tolerantlıq, dinlərarası dialoq, multikulturalizm özünü çox yüksək şəkildə göstərib. Azərbaycanda müxtəlif dinlərə mənsub insanlar sərbəst şəkildə yaşayırlar, bütün dinlərin nümayəndələri bir yerdədirlər: “Sizin indi gördüyünüz bu mənzərə yalnız görünüş üçün deyil, bu, həmişə belə olub. Dövlət dinindən asılı olmayaraq, bütün icmalara yardım göstərir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətə uyğun olaraq, bu gün Azərbaycan Prezidenti İlham Əliyev bütün dini icmalara çox gözəl münasibət göstərir”.

Sonra tələbələr Balaş Maqsudbəylinin bələdçiliyi ilə qış məktəbinin “İçərişəhərin sirləri” adlı layihəsi çərçivəsində Qoşa Qala qapısı, Şirvanşahlar Sarayı, Miniatür Kitab Muzeyi və Qız Qalasında olublar.

Gəzintidən sonra tələbələr Beynəlxalq Muğam Mərkəzində Bilik Fondunun verdiyi ziyafətə qatılıblar, Bakı Əyləncə Mərkəzində boulinq yarışı keçiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub