SİYASƏT


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində amerikalı ekspertlərlə görüş keçirilib

Bakı, 19 fevral, AZƏRTAC

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) ABŞ-ın İrs Fondu (Heritage Foundation) və Xəzər Siyasi Mərkəzindən (Caspian Policy Center) olan nümayəndə heyəti ilə görüş keçirilib.

BMTM-dən AZƏRTAC-a bildirilib ki, Xəzər Siyasi Mərkəzindən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, səfir Riçard Hoqland, mərkəzin icraçı direktoru Əfqan Nifti, səfir Alan Mustard, səfir Syuzan Eliot, İrs Fondundan Lyuk Koffi ilə görüş zamanı çıxış edən BMTM-in sədri Fərid Şəfiyev bir ildir fəaliyyət göstərən mərkəz barədə məlumat verib. Bildirib ki, mərkəzin əsas fəaliyyət istiqaməti Azərbaycanın xarici siyasətinin və beynəlxalq əlaqələrin müxtəlif aspektlərini təhlil etməkdir. O, bu baxımdan Ermənistan-Azərbaycan münaqişəsinin və danışıqlar prosesinin təhlilinə xüsusi yer ayrıldığını vurğulayıb.

Fərid Şəfiyev, həmçinin Azərbaycanın ABŞ ilə əlaqələrə xüsusi önəm verdiyini deyərək mərkəz daxilində bu sahənin təhlili üçün ekspertin fəaliyyət göstərdiyini əlavə edib. O, iki ölkə arasında əlaqələrin möhkəmlənməsi istiqamətində bir sıra addımların atılmalı olduğunu əlavə edib.

Xəzər Siyasi Mərkəzi və İrs Fondundan olan nümayəndə heyəti ABŞ-Azərbaycan əlaqələrindən danışaraq azərbaycanlıların ABŞ-ın həyatında iştirakının artırılması istiqamətində gələcəkdə atıla biləcək addımlardan bəhs ediblər.

Tərəflər ABŞ-Azərbaycan münasibətlərinin xüsusi istiqamətləri, Ermənistan-Azərbaycan münaqişəsi, gələcəkdə birgə tədbirlərin keçirilməsi ideyaları ətrafında müzakirələr aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.