MƏDƏNİYYƏT


Beynəlxalq Muzeylər Günü münasibətilə Xalça Muzeyində silsilə tədbirlər təşkil olunub

Bakı, 19 may, AZƏRTAC

Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Milli Xalça Muzeyində silsilə tədbirlər təşkil olunub. Muzeyində xüsusi yaradılmış “Çələbi” otağında 20 nömrəli məktəbin şagirdləri üçün Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Pərvin Müslümzadə “Mənim dünyam” adlı art terapiya seansı təqdim edib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, gənc nəsli iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi kimi əhəmiyyətli qlobal problemlərlə bağlı maarifləndirmək və onlara qarşı mübarizəyə təşviq etmək məqsədilə mühazirə keçirilib. “İqlim dəyişmələri qlobal ekoloji problem kimi” adlı mühazirə İqlim Dəyişmələri Mərkəzinin direktoru Cəmilə Məmmədova tərəfindən təqdim olunub.

Sonra Beynəlxalq Muzeylər Günü münasibətilə muzeyimizdə “Təbiətin səsi sən ol” adlı interaktiv tamaşa göstərilib. Azərbaycan Milli Xalça Muzeyinin Uşaq şöbəsi tərəfindən hazırlanan tamaşada şöbənin nəzdində yaradılmış Uşaq Birliyinin üzvləri və 132-134 nömrəli təhsil kompleksinin şagirdləri, həmçinin “Azəri inciləri” rəqs qrupu çıxış edib. Yerüstü ekosistemin mühafizəsi mövzusuna həsr olunan, insanları təbiəti sevməyə və qorumağa səsləyən tamaşa sonda məzmuna uyğun art obyektin nümayişi ilə bitib.

Tədbirlər Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə reallaşıb.

Həmçinin Beynəlxalq Muzeylər Günü münasibətilə Milli Xalça Muzeyində “Açıq qapı” günü təşkil olunub və ümumilikdə muzey 4 minə yaxın ziyarətçi qəbul edib.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur. Bu ilin devizi “Muzeylər, dayanıqlılıq və rifah” idi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.