MƏDƏNİYYƏT


Beynəlxalq Muzeylər Gününə həsr edilmiş növbəti tədbir

Bakı, 18 may, AZƏRTAC

Abdulla Şaiqin mənzil-muzeyində 18 May - Beynəlxalq Muzeylər Gününə həsr edilmiş “Danışan eksponatlar – rəqəmsal təqdimatda” adlı tədbir keçirilib.

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü dünyada hər il 18 may tarixində müəyyən deviz altında qeyd olunur. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” (Muzeylər ətrafımızdakı dünyanı dəyişmək gücünə malikdir) devizi altında keçirildi.

AZƏRTAC xəbər verir ki, Abdulla Şaiqin mənzil-muzeyi bu devizin təhsil vasitəsilə icma qurmaq, rəqəmsallaşdırma və əlçatanlıqda innovasiyaların gücü müddəalarını əsas tutaraq "Danışan eksponatlar rəqəmsal təqdimatda" adlı tədbiri muzeyin qonaqlarına – Azərbaycan Dövlət Turizm və Menecment Universitetinin müəllim və tələbələrinə təqdim ediblər.

Artıq illərdir tamaşaçılara xidmət edən, böyük izləyici marağına səbəb olan bu muzeydə olduqca maraqlı tarixçələrə malik eksponatlar nümayiş olunur. Muzeyin əməkdaşları eksponatların maraqlı tarixçələrini Abdulla Şaiqin özünün qələmindən çıxan xatirələri ilə dilləndirdilər və həmin eksponatlar tədbir iştirakçılarına rəqəmsal təqdimatda nümayiş olundu. Ömrünün 34 ilini pedaqoji fəaliyyətə həsr edən Abdulla Şaiqin yaradıcı şəxsiyyətinin nəcib insani xüsusiyyətləri onun cansız əşyalara da səmimi, duyğulu və doğma yanaşmasına səbəb olub. Məhz buna görə də tamaşaçı auditoriyasına nümayiş etdirilən eksponatlar xatirələrlə vəhdətdə tədbir iştirakçılarına təqdim edildi. Belə bir təqdimat gənc nəslin formalaşması əsnasında yüksək insani keyfiyyətlər aşılamaq, formalaşdırmaq üçün pedaqoji prosesdə təlim, tərbiyə, təhsil və psixoloji inkişaf xüsusiyyətlərinin həyata keçirilməsinə səbəb ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.