İDMAN


Beynəlxalq Olimpiya Hərəkatının tarixində iz qoyanlar

Bakı, 16 sentyabr, AZƏRTAC

Dünyanın titullu idmançılarından biri və Olimpiya hərəkatında özünəməxsus yeri olan gimnast Larisa Latininanın Olimpiya rekordu aradan neçə illər keçməsinə baxmayaraq, yenilənmədən qalıb.

AZƏRTAC xəbər verir ki, olimpiadalarda Rusiyanı təmsil edən ukraynalı gimnast 1956-1964-cü illərdə 14 fərdi və 4 komanda yarışında fərqlənərək fəxri kürsüyə qalxıb. O, 18 (9 qızıl, 5 gümüş və 4 bürünc) Olimpiya medalına sahib olan idmançı kimi 48 il bu titulu qoruyub saxlayıb. Bu rekordu yeniləmək 2012-ci il iyulun 31-də ABŞ idmançısı Maykl Felpsə qismət olub. M.Felps ümumi medal sayına görə Larisa Latininanın rekordunu qırsa da, xanım gimnast fərdi yarışlarda ən çox - 14 Olimpiya medalı qazanan yeganə idmançıdır.

Olimpiya hərəkatı tarixində Larisa Latininadan sonra tarixdə iz qoyan ikinci idmançı isə almaniyalı kayakçı Bricit Fişerdir. Fişer yeganə idmançıdır ki, karyerasına ara verdikdən 16 il sonra ardıcıl iştirak etdiyi 6 Olimpiadada rekord sayda - 12 (8 qızıl, 4 gümüş) medal qazanıb. Xanım idmançı tarixə kanoe üzrə ən gənc, həm də ən yaşlı (18 və 42 yaş) Olimpiya çempionu kimi daxil olub. Səkkiz dəfə Olimpiya, 28 dəfə dünya çempionu olan Bricit Fişer həm də fotoqraf kimi fəaliyyət göstərir və Olimpiya Oyunlarından çəkdiyi maraqlı fotoları sərgiləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.