RƏSMİ XRONİKA


Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti cənab Tomas Baxa

Hörmətli cənab Bax,

Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

Bu məsul vəzifəyə seçkilərdə qazandığınız dəstək beynəlxalq idman ictimaiyyəti tərəfindən Sizə böyük etimadın ifadəsi, Olimpiya hərəkatının inkişafı sahəsində xidmətlərinizə verilən yüksək qiymətdir.

Bu gün Azərbaycan ilə Beynəlxalq Olimpiya Komitəsi arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu məmnunluq hissi ilə qeyd etmək istərdim. İnanıram ki, Olimpiya ideallarının təntənəsi naminə əməkdaşlığımızı bundan sonra da uğurla davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 11 sentyabr 2013-cü il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin