İDMAN


Beynəlxalq Olimpiya Komitəsinin yeni üzvləri müəyyənləşib

Bakı, 10 oktyabr, AZƏRTAC

Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) prezidenti Endryu Parsons Beynəlxalq Olimpiya Komitəsinə (BOK) üzv seçilib. AZƏRTAC xəbər verir ki, qərar BOK-un Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən sessiyasında qəbul olunub.

E.Parsons ötən ilin sentyabrında BPK-yə prezident seçilməklə bu postda britaniyalı Filip Kreyveni əvəzləyib. F.Kreyven vəzifəsindən uzaqlaşdırılqıdan sonra BOK-dakı fəaliyyəti də dayandırılıb.

BOK-a E.Parsonsla yanaşı, daha səkkiz nəfər üzv seçilib. Bunlar Beynəlxalq Gimnastika Federasiyasının prezidenti, yaponiyalı Morinari Vatanabe, Litva Milli Olimpiya Komitəsinin prezidenti Dayna Qudzineviçyute, İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Covanni Malaqo, Paraqvay Milli Olimpiya Komitəsinin prezidenti Peres Lopes Moreyra, Uqanda Milli Olimpiya Komitəsinin prezidenti Uilyam Blik, Butan Milli Olimpiya Komitəsinin prezidenti, şahzadə Ciqel Uqen Vanqçuk, Ruanda Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Felisite Rvemarika və Əfqanıstandan hüquq müdafiəçisi Samira Asqaridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.