SİYASƏT


“Beynəlxalq Ordu Oyunları-2018” yarışlarının təntənəli bağlanış mərasimi keçirilib

Bakı, 12 avqust, AZƏRTAC

Moskva şəhərinin yaxınlığında Alabino hərbi poliqonunda “Beynəlxalq Ordu Oyunları-2018” yarışlarının təntənəli bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah Rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi-Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov bağlanış mərasimində iştirak edib.

Qeyd edək ki, hərbçilərimiz ölkəmizdə keçirilən “Dəniz kuboku” ilə yanaşı, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrində də iştirak ediblər.

Bundan əlavə, hərbçilərimiz İranda keçirilən “Dərinlik” və Rusiyada təşkil olunan “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.