Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Beynəlxalq Paralimpiya Komitəsinin sabiq prezidenti Filip Kravendən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan Milli Paralimpiya Komitəsinə göstərdiyiniz dəstəyə görə Sizə minnətdarlığımı bildirirəm.

Azərbaycan Milli Paralimpiya Komitəsinin sürətlə inkişaf etməsini görmək məni çox sevindirir. Paralimpiya oyunlarına nisbətən yeni qoşulan bir ölkənin idmanın bu sahəsində yüksək uğurlar qazanmasını görmək çox xoşdur. Bu uğurlar Sizin Milli Paralimpiya Komitəsinə göstərdiyiniz yüksək diqqət və qayğının nəticəsidir.

Prezidentliyinizin yeni dönəmində Sizə daha böyük uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan Milli Paralimpiya Komitəsi qarşıdakı illərdə daha böyük nailiyyətlər əldə edəcəkdir.

Dərin hörmətlə,

 

Filip Kraven

Beynəlxalq Paralimpiya Komitəsinin sabiq prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin