REGİONLAR


Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin hüquq üzrə məsləhətçiləri NDU-a olublar

Naxçıvan, 6 noyabr, AZƏRTAC

Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti və iş prinsipləri haqqında mühazirə demək üçün komitənin hüquq məsələləri üzrə məsləhətçisi Jalə Əzizova Naxçıvan Dövlət Universitetində (NDU) olub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov artıq 3 ildir ki, təşkil edilən mühazirələrin əhəmiyyətini vurğulayıb.

İki gün davam edən mühazirələrdə tələbələrə bildirilib ki, komitə təxminən 97 milyon nəfər könüllünü, üzvü və işçi heyətini əhatə edən beynəlxalq humanitar hərəkat olub, insan həyat və sağlamlığını qorumaq, bütün insanlara hörməti təmin etmək, insanların əzab-əziyyətlərini yüngüləşdirmək və onları qorumaq məqsədi ilə yaradılıb. Baş qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən hərəkat Beynəlxalq Qırmızı Xaç Komitəsi, 190 Qızıl Xaç və Qırmızı Aypara (QXQA) Cəmiyyətindən və QXQA Cəmiyyətlərinin Beynəlxalq Federasiyasından ibarətdir.

Diqqətə çatdırılıb ki, 1863-cü ildə yaradılan komitə müharibə və silahlı zorakılıqların qurbanlarına humanitar yardım göstərən və onları müdafiə edən müstəqil, neytral təşkilatdır.

Mühazirənin ilk günündə Beynəlxalq humanitar hüququn tələblərindən döyüşlərin aparılmasına dair qərarverməyə dair müddəalar slaydlar vasitəsilə izah edilib. Komitənin əməkdaşı mühazirənin ikinci günündə Nüvə silahlarının beynəlxalq hüquqla tənzimlənməsi qaydalarından danışıb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində təşkil edilən tədbirdə tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.