ELM VƏ TƏHSİL


Beynəlxalq Qiymətləndirmə Düşərgəsi yekunlaşıb

Bakı, 1 avqust, AZƏRTAC

Azərbaycan Respublikası Təhsil İnstitutu və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəranda təşkil olunan Beynəlxalq Qiymətləndirmə Düşərgəsinə yekun vurulub.

Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, 3 gün ərzində davam edən düşərgədə əsas məqsəd müəllimlərin beynəlxalq qiymətləndirmə tədqiqatları barədə məlumatlılığını artırmaq, təhsildə qərarların verilməsində, təhsil siyasətinin formalaşmasında qiymətləndirmə tədqiqatlarının vacibliyini vurğulamaq olub. Düşərgədə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 35 müəllimi iştirak edib. Onlar müxtəlif araşdırma və müzakirələrə cəlb edilməklə PISA, PIRLS, TIMSS, ICILS və TALIS yönümlü mətn və tapşırıqların hazırlanması metodikaları ilə tanış olublar. Eyni zamanda, düşərgə iştirakçıları müvafiq səriştələri ölçməyə imkan verən tapşırıq nümunələri hazırlayıb və konstruktiv rəylər əsasında həmin tapşırıq nümunələrini inkişaf etdirmək imkanı əldə ediblər.

Günün sonunda iştirakçılar onlayn sorğu vasitəsilə düşərgə barədə rəy və təkliflərini bölüşüb. İştirakçılara sertifikat təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.