CƏMİYYƏT


Beynəlxalq Qız Övladı Günü ilə əlaqədar BMT baş katibinin bəyanatı

Bakı, 11 oktyabr, AZƏRTAC

BMT Baş katibi Antonio Quterreş Beynəlxalq Qız Övladları Günü münasibətilə müraciət ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, bu gün, 600 milyon yeniyetmə qız innovasiyalar və avtomatlaşdırma nəticəsində kökündən dəyişilən iş dünyasına addım atmağa hazırlaşır.

Müraciətdə qeyd olunur ki, onlar tarixdəki ən böyük nəsil, bütün karyera sahələri üçün ideya və həll yollarının müəllifidir. Amma yenə də tez-tez qızlara öz potensiallarını həyata keçirmək üçün ehtiyacları olan şərait və imkanlar verilmir. Müxtəlif maneələrə sistemli ayrı-seçkilik, qərəzli yanaşma və təlim imkanlarının azlığı daxildir.

Belə çətinliklərin öhdəsindən gəlmək üçün birgə səylərə ehtiyacımız var. Misal üçün, qeyd edək ki, informasiya və kommunikasiya texnologiyaları sahəsində məzunlar arasında qadınların sayı 30 faizdən aşağıdır. Dünyada tədqiqat və inkişaf sahələrində çalışanlar arasında da qadınların sayı 30 faizdən azdır.

Qızların elm, texnologiya, mühəndislik və riyaziyyat sahələrində təhsil almalarına dair gender stereotipləri ibtidai sinifdən başlayır və onların öz potensiallarına şübhə etdirəcək qədər ciddi təsiri olur.

Məktəbə gedən qızların sayının indiyədək ən yüksək səviyyədə olmasına baxmayaraq çoxları hələ də həyatları boyu lazım olan mühüm bacarıqları qazana bilmir. Bundan əlavə, 5 il sonra bugünkü işlər üçün vacib sayılan bacarıqların 1/3-i dəyişəcək.

Qızlara tənqidi düşüncə, yaradıcılıq, rəqəmsal məlumatlılıq kimi ötürüləbilən və ömürlük bacarıqlar qazandırmalıyıq. Qadınların iştirakının çox az olduğu elm və digər sahələrdə nümunəvi şəxslərin mövcudluğu çox önəmli olacaq.

Bu yaxınlarda, gəncləri səlahiyyətləndirmək üçün gənclərlə işləməyi, onların ehtiyaclarını anlayan və ideyalarını həyata keçirməyə kömək göstərməyi məqsəd qoyan Gənclər 2030 strategiyasını təqdim etdim. Bu Beynəlxalq Qızlar Günündə, gəlin, hər bir qıza öz bacarığını inkişaf etdirməsinə, iş yerlərində bərabər şərtlər təmin etməklə onların öz bacarıqlarını tam göstərməsinə kömək edəcəyimizi bir daha bildirək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.