CƏMİYYƏT


Beynəlxalq Qızlar Gününə həsr olunmuş kampaniya çərçivəsində təşkil olunan infoturlara start verilib

Bakı, 4 oktyabr, AZƏRTAC

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) təşkilatçılığı ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən 11 oktyabr - Beynəlxalq Qızlar Günü ilə əlaqədar icra edilən kampaniya çərçivəsində təşkil olunan infoturlara start verilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, doqquz gün davam edəcək turlar zamanı xüsusi tərtibatla dizayn olunmuş avtobusla paytaxt və regionlara səfər edilərək, ictimai məkanlarda qız övladlarının dəyəri və qızların səlahiyyətləndirilməsi mövzularında səyyar maarifləndirmənin aparılması, əhaliyə məlumatlandırıcı çap materiallarının paylanılması, maraqlı müsabiqə və interaktiv oyunların keçirilməsi nəzərdə tutulur.

Kampaniyanın məqsədi cəmiyyətdə qız uşaqlarının dəyərinin təşviqi, eyni zamanda, öz potensiallarını reallaşdıra bilmələri üçün onlara bərabər imkanların yaradılmasının əhəmiyyətinin təbliğidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.