RƏSMİ SƏNƏDLƏR


Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti cənab Mahir Məmmədova

Hörmətli Mahir Ələsgəroviç,

Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Həmvətənimizin belə məsul vəzifəyə seçilməsi Azərbaycanda şahmatın inkişafına və şahmatçılarımızın beynəlxalq miqyasda nailiyyətlərinə verilən yüksək qiyməti bariz şəkildə əks etdirir.

Qarşıdakı işinizdə Sizə uğurlar arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2018-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin