REGİONLAR


Beynəlxalq Şahmat Festivalının 8-ci turuna yekun vurulub

Naxçıvan, 9 may, AZƏRTAC

Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının 8-ci turuna yekun vurulub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu turda “A” qrupunun lideri amerikalı qrossmeyster Timur Qarayev (2560) iranlı zəka sahibi Mehdi Orimi Qulamini (2406) məğlub edərək qrup liderliyini qoruyub. Azərbaycanlı qrossmeyster Nicat Abasov (2633) qrossmeyster Vüqar Rəsulova (2533) qalib gəlib. Azərbaycanlı qrossmeyster Eltac Səfərli (2624) azərbaycanlı beynəlxalq usta Vüqar Əsədli ilə (2454), özbəkistanlı beynəlxalq usta Ortik Niqmatov (2469) isə belçikalı qrossmeyster Vadim Malaxatko (2508) ilə üz-üzə gəlib, hər iki görüş heç-heçə nəticələnib.

Naxçıvanlı zəka saihiblərindən qrossmeyster Urfan Sevdimalıyev (2352) ukraynalı qrossmeyster Eldar Qasanovla (2506) oyunda üstün olub. Beynəlxalq usta Toğrul Həsənzadə (2323) azərbaycanlı beynəlxalq usta Loğman Quliyevə (2319), beynəlxalq usta Talıb Babayev (2329) isə hindistanlı şahmatçı Şantanu Bambureniyə (2261) məğlub olub. FIDE ustası Pərviz Qasımov (2328) qrossmeyster Sərxan Quliyevlə (2330) sülh bağlayıb. FIDE ustası Sadiq Məmmədov (2205) FIDE ustası Gövhər Beydullayeva (2316) ilə qarşılaşmada məğlub olub.

8 görüşdən 7 xal toplayan amerikalı qrossmeyster Timur Qarayev (2560) liderliyə yüksəlib. Azərbaycanlı qrossmeyster Nicat Abasov (2633) 6 xalla qrup ikincisidir. Digər 6 zəka sahibi isə 5,5 xalla 3-8-ci yerləri bölüşür.

“B” qrupunda Elxan Bayramov (2158) Amil Abbasovu (2215) məğlub etməklə 7,5 xalla vahid liderliyə yüksəlib. Atilla Eynullayev (2175), Eldar Musayev (2152) və Fariz Əhmədovun (2158) isə aktivində 6,5 xal var.

Festivalın “C” qrupunda İlqar Məmmədov, Niyazi Qafarov və Nazar Talqatovun aktivində 7 xal var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.