REGİONLAR


Beynəlxalq Şahmat Festivalının iştirakçıları naxçıvanlı məktəbli və azyaşlı şahmatçılar üçün seans keçiblər

Naxçıvan, 7 may, AZƏRTAC

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Naxçıvan-2019” Beynəlxalq Şahmat Festivalının iştirakçıları Naxçıvan Muxtar Respublika Stadionunda 96 naxçıvanlı məktəbli və azyaşlı şahmatçı üçün seans keçiblər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim, şahmat festivalının baş hakimi Faiq Həsənov çıxış edərək festivalın təşkilatçılığının yüksək səviyyədə olduğunu vurğulayıb.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov şahmatçılara yarışda uğurlar arzulayıb.

Sonra seansa start verilib. Görüşdə Eltac Səfərli, Qədir Hüseynov, Fərid Abbasov, Zeynəb Məmmədyarova, Türkan Məmmədyarova, Xanım Balacayeva, Gülnar Məmmədli, Günay Məmmədzadə, Belarus şahmatçıları Aleksey Aleksandrov, Vladislav Kovalyev, Yunanıstan təmsilçisi Kotronias Vasilios və İran İslam Respublikasının zəka sahibi Purramezanali Əmirreza iştirak ediblər.

Görüşlərin hamısında qrossmeysterlər qələbə qazanıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.