SİYASƏT


Beynəlxalq Sərgilər Bürosunun baş katibi: Bakı “Ekspo 2025” Ümumdünya Sərgisi üçün çox yaxşı namizəddir

Paris, 14 iyun, AZƏRTAC

Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədlik dosyesi ilə yaxından tanışam. Əminliklə deyə bilərəm ki, dosye yüksək səviyyədə hazırlanıb.

Bu fikri Beynəlxalq Sərgilər Bürosunun baş katibi Visente Lossertales jurnalistlərə müsahibəsində bildirib.

Baş katib qeyd edib ki, Azərbaycan hökuməti və əhalisi Bakı şəhərinin namizədliyini dəstəkləyir. Qələbə üçün bu, çox böyük amildir. Digər müsbət cəhət ölkənin artıq böyük beynəlxalq tədbirlər təşkil etməsi və onları uğurla reallaşdırmasıdır. Azərbaycanın bu sahədə zəngin təcrübəsi var. Deməli, Bakının namizədlik layihəsi həqiqətən də möhkəm təməl və böyük dəstək üzərində qurulub, çox mükəmməl hazırlanıb. Amma bununla belə, noyabr ayında keçiriləcək seçkiləri gözləməliyik.

Visente Lossertales vurğulayıb ki, Azərbaycan dinamik inkişaf edən ölkədir və dünyaya açıqdır. Bakı “Ekspo 2025” Ümumdünya Sərgisi çox yaxşı namizəddir, mükəmməl dəstəyə və hazırlığa malikdir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.