CƏMİYYƏT


Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti “ASAN xidmət”də

Bakı, 12 iyul, AZƏRTAC

Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti, Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının rəhbəri Yoakim Bröyerin başçılıq etdiyi nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinə "ASAN xidmət" mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə məlumat verilib. Qeyd edilib ki, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, rahatlıq prinsipləri əsasında fəaliyyət göstərən “ASAN xidmət”in əsas məqsədi dövlət xidmətləri sahəsində şəffaflığı artırmaq, korrupsiya hallarının qarşısını almaq, xidmət sahəsində trend innovasiyaları tətbiq etmək və vətəndaşlara xidmət sahəsində aparılan institusional islahatların səmərəliliyini artırmaqdır.

Bu günədək “ASAN xidmət”ə 22 milyondan çox vətəndaşın müraciəti qeydə alınıb. “ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülüb.

Nümayəndə heyəti, həmçinin “ASAN radio”, “ASAN Təlim-Tədris mərkəzi” və “ABAD” satış-sərgi mərkəzinin fəaliyyəti ilə tanış olub.

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar “ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.