RƏSMİ XRONİKA
Beynəlxalq Sülh İnstitutunun prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir VİDEO
Bakı, 10 mart (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da ABŞ-ın Nyu-York şəhərində yerləşən Beynəlxalq Sülh İnstitutunun prezidenti Terye Röd-Larsenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı mövcud vəziyyət, bu istiqamətdə beynəlxalq və regional əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı.