MƏDƏNİYYƏT


Beynəlxalq Teatr İnstitutu ilə Azərbaycan teatrları arasında münasibətlər müzakirə olunub

Bakı, 6 noyabr, AZƏRTAC

UNESCO-nun nəzdində fəaliyyət göstərən Beynəlxalq Teatr İnstitutunun (BTİ) prezidenti Mohamed Saif Əl-Əfham mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə BTİ ilə Azərbaycan arasındakı mədəni əlaqələr müzakirə olunub, gələcəkdə bu əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə yeni təkliflər irəli sürülüb.

Nazir Əbülfəs Qarayev Beynəlxalq Teatr İnstitutu ilə Azərbaycan teatrları arasında münasibətlərin mütəmadi olaraq inkişaf etdirilməsi və yeni mədəni layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Mohamed Saif Əl-Əfham V Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində ölkəmizdə olmasından məmnunluğunu bildirib.

Qonaq Əl-Füceyrədə keçirilən Beynəlxalq Monodram Forumunun rəhbəri kimi bu forumda Azərbaycanlı teatr xadimlərinin də iştirak etməsini zəruri sayıb.

Eyni zamanda, BTİ-nin Dünya Konqresinin 2020-ci ildə Azərbaycanda keçirilməsi məsələsi də müzakirə edilib.

Görüş V Bakı Beynəlxalq Teatr Konfransının əhəmiyyəti və gələcəkdə qarşılıqlı birgə layihələr mövzusunda müzakirələrlə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.