İQTİSADİYYAT


Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar vebinar keçiriləcək

Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar vebinar keçiriləcək

Bakı, 4 fevral, AZƏRTAC

Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar V-XI sinif şagirdləri üçün vebinar təşkil ediləcək. Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Elektron Təhlükəsizlik Xidməti, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi, “Kaspersky”, “Microsoft” və “Azercell” şirkətlərinin təşkilatçılığı ilə fevralın 9-da saat 14:00-da “Virtual məktəb” platforması üzərindən həyata keçiriləcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, vebinarın təşkilində məqsəd şagirdləri qlobal şəbəkədə mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaq, uşaq və yeniyetmələr arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.

Vebinarda mövzu ətrafında məruzələr dinləniləcək, müzakirələr aparılacaq və şagirdlər tərəfindən verilən suallar cavablandırılacaq.

Şagirdlər qeyd olunan tarixdə “http://bit.ly/3rmjUq9” keçidinə daxil olaraq vebinarda iştirak edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.