ELM VƏ TƏHSİL


Beynəlxalq Tələbə Günü münasibətilə Azərbaycan Universitetində kitab aksiyası təşkil edilib

Bakı, 17 noyabr, AZƏRTAC 

Azərbaycan Universitetində 17 noyabr - Beynəlxalq Tələbə Günü münasibətilə kitab aksiyası keçirilib.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, aksiya çərçivəsində müəllimlər ali məktəbin ictimai həyatında fəallıq göstərən və yaxşı qiymətlərlə oxuyan tələbələrə kitablar hədiyyə ediblər. Tələbələrə əlamətdar günün tarixi ilə bağlı məlumat verilib. Bildirilib ki, Beynəlxalq Tələbə Günü Çexiyada 1939-cu ildə alman-faşist qoşunlarının vəhşiliyinə məruz qalan tələbələrin edam olunmasının ehtiramla xatırlanması, onların xatirələrinin əbədiləşdirilməsi məqsədilə 1946-cı ildən qeyd edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.