İQTİSADİYYAT


Beynəlxalq Telekommunikasiya İttifaqının rəsmisi: Azərbaycanda İKT sahəsi düzgün dövlət strategiyası sayəsində inkişaf edir

Bakı, 12 mart, Pərvanə Rəhimova, AZƏRTAC

Azərbaycanda İKT sahəsi düzgün dövlət strategiyası və dövlət ilə özəl sektor arasında uğurlu əməkdaşlıq sayəsində inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) MDB ölkələri üzrə regional bölmə rəhbəri Kiril Oparin “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçirilən “Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti” adlı təqdimatda deyib.

K.Oparin Azərbaycan Prezidenti İlham Əliyevin Davosda çıxışını xatırladıb, bildirib ki, ölkənin inkişafı innovasiyalar və tətbiq olunan yeni texnologiyalardan asılı olacaq: “Hazırda biz əminliklə deyə bilərik ki, Azərbaycan Prezidentinin sözləri reallığı tam əks etdirir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.