Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəlidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, Sizi böyük Qələbə münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edim.

Bu böyük Qələbə Sizin yorulmaz əməyinizin, illər boyu böyük ustalıqla formalaşdırdığınız xarici siyasət və diplomatiyanın, sarsılmaz daxili harmoniyanın, Azərbaycan xalqının birlik və bərabərliyinin məhsuludur.

Möhtərəm cənab Prezident, Siz əvəzsiz fəaliyyətiniz, böyük qətiyyətinizlə yalnız müqəddəs torpaqları düşmən tapdağından qurtarmadınız, haqsızlıqların, ikili standartların hökm sürdüyü dünyada həqiqəti, ədaləti bərpa etdiniz.

Sayənizdə qardaş Azərbaycan xalqı tarixinin ən böyük zəfərlərindən birinə şahidlik etmiş oldu. Siz bütün türk xalqlarının qəlblərinin fatehi oldunuz, tariximizə qalib Prezident kimi düşdünüz. Türk dünyası üçün xidmətlərinizi xalqlarımız heç zaman unutmayacaq.

Zati-aliləri, hörmətli cənab Prezident, Ali Baş Komandan, bir daha Sizi, qardaş Azərbaycan xalqını, rəşadətli Azərbaycan Ordusunun şəxsi heyətini və zabitlərini bu əlamətdar gün, tarixi zəfər münasibətilə təbrik edir, böyük ehtiramımı çatdırmaqdan şərəf duyduğumu bildirirəm.

Qardaş Azərbaycanın Dövlət Bayrağı hər yerdə daim yüksəklərdə dalğalansın!

Dərin hörmətlə,

Darxan Kıdırəli

Beynəlxalq Türk Akademiyasının prezidenti.

Qazaxıstan Respublikası, Nur-Sultan şəhəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin